Bu il “Azərenerji” İES və SES-lərdə elektrik enerjisi istehsalını artırıb
- 19 mart, 2024
- 10:12
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-fevral aylarında “Azərenerji” ASC üzrə 4 milyard 186 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.
Bu barədə “Report” Energetika Nazirliyinin açıqladığı elektrik enerjisi göstəriciləri ilə bağlı operativ məlumatlarına istinadən xəbər verir.
Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 526,7 milyon kVt/saat və ya 11,2 % azdır.
“Azərenerji” tərəfindən istehsalın elektrik enerjisinin 3 milyard 928,1 milyon kVt/saatı İstilik Elektrik Stansiyalarında (İES), 257,9 milyon kVt/saatı Su Elektrik Stansiyalarında (SES) istehsal edilib. Bu da 2023-cü ilin yanvar-fevral ayları ilə müqayisədə müvafiq olaraq 669,9 min kVt/saat və ya 14,6 % az və 143,2 milyon kVt/saat və ya 2,25 dəfə çoxdur.
Bu ilin ilk iki ayında Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidməti üzrə 59,8 milyon kVt/saat elektrik enerjisi istehsal edilib. Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4,59 milyon kVt/saat və ya 8,32 % çoxdur. Həmçinin İES-lərdə 44,5 milyon kVt/saat, SES-lərdə 8,1 milyon kVt/saat, Günəş Elektrik Stansiyalarında (GES) 7,2 milyon kVt/saat elektrik enerjisi istehsal edilib. 2023-cü ilin yanvar-fevral ayları ilə müqayisədə İES-lərdə elektrik enerjisinin istehsalı 3,03 milyon kVt/saat və ya 7,3 %, SES-lərdə 2,01 milyon kVt/saat və ya 33,01 % artıb. Energetika Xidmətinə məxsus GES-lərdə isə elektrik enerjisinin istehsalı 0,45 milyon kVt/saat və ya 5,9 % azalıb.
Bu ilin yanvar-fevral aylarında “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında elektrik enerjisinin istehsalı 6 milyon kVt/saat, müstəqil elektrik stansiyaları üzrə isə 434,6 milyon kVt/saat təşkil edib. Bu da illik müqayisədə müvafiq olaraq 0,7 milyon kVt/saat və ya 10,45 % azalıb və 32,3 milyon kVt/saat və ya 8,03 % artıb.