Bu il Azərbaycanda əmtəəlik qaz hasilatı 3 %-ə yaxın artıb
Energetika
- 12 sentyabr, 2025
- 11:05
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 33 milyard 584,2 milyon kubmetr təbii qaz hasil edilib.
"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bunun 25 milyard 831,4 milyon kubmetri əmtəəlik təbii qazın payına düşüb.
Hesabat dövründə təbii qaz hasilatı illik müqayisədə 1,7 %, əmtəəlik qaz hasilatı isə 2,8 % artıb.
Ötən 8 ay ərzində Azərbaycanda 18 milyon 391,3 min ton qaz kondensatı daxil olmaqla xam neft hasil edilib. Bunun 18 milyon 349,5 min tonu əmtəəlik xam neftin payına düşüb.
Hesabat dövründə neft hasilatı və əmtəəlik neftin həcmləri 2024-cü ilin 8 ayının göstəriciləri ilə müqayisədə müvafiq olaraq 4,7 % azdır.
Son xəbərlər
22:48
Prezidentin sosial şəbəkə hesabında Naxçıvana səfəri ilə bağlı videoçarx paylaşılıb
Daxili siyasət22:45
İlham Əliyev: Ordubadda su elektrik stansiyasının tikintisi nəzərdə tutulur
Energetika22:44
Naxçıvanda 420 kilometr uzunluğunda yolların çəkilişi və təmiri nəzərdə tutulub
İnfrastruktur22:42
Prezident: Azərbaycandan Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi layihəsi hazırdır
Daxili siyasət22:40
Prezident: Göstəriş verildi ki, 217 müasir rayonlararası avtobus alınsın, bu il və gələn il marşruta buraxılsın
İnfrastruktur22:36
Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
Futbol22:36
İlham Əliyev: Naxçıvan enerjinin ixracı ilə məşğul olacaq
Energetika22:34
Prezident: Horadiz–Ağbənd avtomobil yolu demək olar hazırdır
Daxili siyasət22:30