Bu il Azərbaycanda elektrik enerjisi istehsalı cüzi artıb

Energetika
  • 15 avqust, 2023
  • 08:01
Bu il Azərbaycanda elektrik enerjisi istehsalı cüzi artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 16 milyard 323,4 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.

“Report”un Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, bu barədə nazirliyin 7 ay üzrə elektrik enerjisinə dair açıqladığı operativ məlumatlarda deyilir.

Bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 45,4 milyon kVt/saat, yəni 0,3 % çoxdur.

Qeyd edək ki, bu ilin iyul ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2 milyard 415,5 milyon kVt/saat olub. Bu da 2022-ci ilin iyul ayının göstəricisi ilə müqayisədə 12,2 % azdır.

Xatırladaq ki, 2022-ci ilin yanvar-iyul aylarında Azərbaycanda elektrik enerjisinin istehsalı 16 milyard 278,1 milyon kVt/saat, iyul ayında isə 2 milyard 751,3 milyon kVt/saat təşkil edib.