Bu il Azərbaycan Portuqaliyaya neft ixracını 83 % artırıb

Energetika
  • 23 mart, 2024
  • 11:56
Bu il Azərbaycan Portuqaliyaya neft ixracını 83 % artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan Portuqaliyaya 170 min 137,97 ton xam neft ixrac edilib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 104 milyon 135,42 min ABŞ dolları təşkil edib.

Ötən iki ay ərzində ixrac olunmuş məhsulun miqdarı 2023-cü ilin ilk iki ayının göstəriciləri ilə müqayisədə 83,04 %, dəyəri isə 65,6 % çoxdur.

Bu ilin iki ilk ayında Azərbaycandan Portuqaliyaya ixrac edilən xam neftin ümumi neft ixracında payı 3,71 % olub.

Xatırladaq ki, bu ilin yanvar-fevral aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 4 milyon 595 min 490,11 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Ötən iki ay ərzində Azərbaycandan ixrac edilən xam neftin dəyəri 2 milyard 826 milyon 058,64 min ABŞ dolları təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrlə 7 milyard 227 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 4 milyard 780 milyon ABŞ dolları ixracın, 2 milyard 447 milyon ABŞ dolları isə idxalın payına düşüb.

44 - Tezliklə