Bu il Azərbaycan polipropilen ixracından qazancını 8 %-dən çox azaldıb
- 20 iyun, 2022
- 06:38
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-may ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 26 min 894,3 min ton ilkin formalarda polipropilen ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə polipropilenin dəyəri 40 milyon 466,17 min ABŞ dolları təşkil edib.
Bu, 2021-ci ilin yanvar-may ayları ilə müqayisədə müvafiq olaraq 23,5 % və 8,5 % azdır.
Bu ilin yanvar-may ayları ərzində polipropilenin qeyri-neft sektoru üzrə ixracda payı 3,41 % olub. Hesabat dövründə ilkin formalarda polipropilenin ölkənin ümumi ixracdakı payı 0,26 % olub.
Ötən 5 ayda xarici ticarət dövriyyəsinin 15 milyard 416,51 milyon ABŞ dolları ixracın, 5 milyard 135,56 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 2,1 dəfə, idxal isə 16,9 % artıb.
Xatırladaq ki, polipropilen "SOCAR Polymer"in illik istehsal gücü 184 min ton olan Polipropilen Zavodunda istehsal edilir. Polipropilen Zavodunun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin il oktyabrın 5-də polipropilenin ixracına başlanılıb.