Bu il Azərbaycan polipropilen ixracından qazancını 21 % azaldıb
- 21 iyul, 2022
- 09:35
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 27 min 159,95 ton ilkin formalarda polipropilen ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə polipropilenin dəyəri 40 milyon 984,04 min ABŞ dolları təşkil edib.
Bu, 2021-ci ilin yanvar-iyun ayları ilə müqayisədə müvafiq olaraq 32,2 % və 21,1 % azdır.
Bu ilin yanvar-iyun ayları ərzində polipropilenin qeyri-neft sektoru üzrə ixracda payı 2,81 % olub. Hesabat dövründə ilkin formalarda polipropilenin ölkənin ümumi ixracdakı payı 0,22 % olub.
Qeyd edək ki, ötən 6 ayda xarici ticarət dövriyyəsinin 18,479 milyard ABŞ dolları ixracın, 6,357 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 2,1 dəfə, idxal isə 17,9 % artıb.
Xatırladaq ki, polipropilen "SOCAR Polymer"in illik istehsal gücü 184 min ton olan Polipropilen Zavodunda istehsal edilir. Polipropilen Zavodunun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin il oktyabrın 5-də polipropilenin ixracına başlanılıb.