Bu il Azərbaycan neft koksu ixracından qazancını 51 %-dək artırıb

Energetika
  • 19 may, 2022
  • 07:27
Bu il Azərbaycan neft koksu ixracından qazancını 51 %-dək artırıb

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 56 min 783,81 ton neft koksu ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcmdə neft koksunun dəyəri 10 milyon 764,01 min ABŞ dolları təşkil edib.

Bu, 2021-ci ilin yanvar-aprel ayları ilə müqayisədə müvafiq olaraq 2,1 dəfə az və 50,8 % çoxdur.

Hesabat dövründə neft koksunun ölkənin ümumi ixracdakı payı 0,09 % olub.

Xatırladaq ki, SOCAR-ın Heydər Əliyev adına NEZ-i regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.

44 - Tezliklə