Bu il Azərbaycan neft ixracından gəlirlərini 63 %-dən çox artırıb
- 16 iyun, 2022
- 06:59
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-may ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 11 milyon 383 min 685 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 8 milyard 058 milyon 720 min ABŞ dolları təşkil edib.
Bu ilin yanvar-aprel aylarında ixrac olunmuş məhsulun miqdarı 2021-ci ilin yanvar-may aylarının göstəriciləri ilə müqayisədə 4,51 % az, dəyəri isə 63,6 % çoxdur.
Bu məhsulların Azərbaycanın ümumi ixracında payı 52,27 % olub.
Ötən 5 ayda xarici ticarət dövriyyəsinin 15 milyard 416,51 milyon ABŞ dolları ixracın, 5 milyard 135,56 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 2,1 dəfə, idxal isə 16,9 % artıb.