Bu il Azərbaycan neft ixracından gəlirini 49 % artırıb
- 16 dekabr, 2022
- 11:01
Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 24 milyon 318 min 448,83 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 18 milyard 318 milyon 642,45 min ABŞ dolları təşkil edib.
Hesabat dövründə ixrac olunmuş məhsulun miqdarı 2021-ci ilin yanvar-noyabr aylarının göstəriciləri ilə müqayisədə 4,77 % az, dəyəri isə 49,11 % çoxdur.
Bu məhsulların Azərbaycanın ümumi ixracında payı 50,42 % olub.
Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrlə 49 milyard 217 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. 11 aylıq xarici ticarət dövriyyəsinin 36 milyard 336 milyon ABŞ dolları ixracın, 12 milyard 881 milyon ABŞ dolları isə idxalın payına düşüb.