Bu il Azərbaycan neft ixracından gəlirini 16 % artırıb
- 14 aprel, 2023
- 12:37
Bu ilin yanvar-mart ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 6 milyon 809 min 685,99 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 4 milyard 272 milyon 127,65 min ABŞ dolları təşkil edib.
Hesabat dövründə ixrac olunmuş məhsulun miqdarı 2022-ci ilin I rübün göstəriciləri ilə müqayisədə 15,7 %, dəyəri isə 16,1 % çoxdur.
Bu məhsulların Azərbaycanın ümumi ixracında payı 55,19 % olub.
Qeyd edək ki, 3 ayda Azərbaycan xarici ölkələrlə 11 milyard 771 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 7 milyard 741 milyon ABŞ dolları ixracın, 4 milyard 30 milyon ABŞ dolları isə idxalın payına düşüb.