Bu il Azərbaycan karbamid ixracından gəlirlərini 3 dəfədən çox artırıb

Energetika
  • 31 oktyabr, 2022
  • 09:15
Bu il Azərbaycan karbamid ixracından gəlirlərini 3 dəfədən çox artırıb

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan 163,5 milyon ABŞ dolları dəyərində karbamid ixrac edib.

“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın ktyabr sayında bildirilir.

İcmala görə, bu, 2021-ci ilin 9 aylıq göstəriciləri ilə müqayisədə 113,6 milyon ABŞ dolları və ya 3,3 dəfə çoxdur.

Bu ilin sentyabr ayında isə Azərbaycan 21,3 milyon ABŞ dolları dəyərində karbamid ixrac edib. Bu, 2021-ci ilin eyni ayı ilə müqayisədə 2,8 milyon ABŞ dolları və ya 15,1 % çoxdur.

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın ümumi ixracı 29,5 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac 2,1 milyard ABŞ dolları təşkil edib.

Qeyd edək ki, karbamid (azot gübrəsi) Sumqayıt Kimya Sənaye Parkının ərazisindəki “SOCAR Karbamid” zavodunda istehsal edilir. Zavod 2019-cu il yanvarın 16-da istifadəyə verilib, il ərzində 435 milyon kubmetr təbii qazdan xammal kimi istifadə etməklə 650-660 min ton karbamid istehsal etmək gücündədir. İstehsal həcminin 70 %-i ixrac üçün nəzərdə tutulub.

44 - Tezliklə