Bu il Azərbaycan elektrik enerjisi istehsalını təxminən 10 % azaldıb
- 19 mart, 2024
- 08:42
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda elektrik enerjisinin istehsalı 4 milyard 686,4 milyon kVt/saat olub.
Bu barədə “Report” Energetika Nazirliyinin açıqladığı elektrik enerjisi göstəriciləri ilə bağlı operativ məlumatlarına istinadən xəbər verir.
Bildirilir ki, bu, 2023-cü ilin yanvar-fevral ayları ilə müqayisədə 490,5 milyon kVt/saat və ya 9,5 % azalıb.
Bu ilin fevral ayında isə ölkədə elektrik enerjisinin istehsalı 2 milyard 273,5 milyon kVt/saat olub ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 143,6 milyon kVt/saat və ya 5,95 % azdır.
Xatırladaq ki, 2023-cü ilin yanvar-fevral ayları ərzində respublika üzrə elektrik enerjisinin istehsalı 5 milyard 176,9 milyon kVt/saat olub. Ötən ilin fevralında isə ölkə üzrə elektrik enerjisinin istehsalı 2 milyard 417,1 milyon kVt/saat təşkil edib.