Bu il Azərbaycan elektrik enerjisi idxalını 20 %-dən çox azaldıb

Energetika
  • 16 dekabr, 2024
  • 09:04
Bu il Azərbaycan elektrik enerjisi idxalını 20 %-dən çox azaldıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda elektrik enerjisinin ixracı 1 milyard 255,3 milyon kVt/saat təşkil edib.

Bu barədə “Report” Energetika Nazirliyinin 11 ay üzrə açıqladığı elektrik enerjisi göstəriciləri ilə bağlı operativ məlumatlarında deyilir.

Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1 milyard 497,4 milyon kVt/saat və ya 2,2 dəfə azdır.

Bu ilin 11 ayında ölkədə elektrik enerjisinin idxalı 159,8 milyon kVt/saat olub. Bu da bir il öncəki göstərici ilə müqayisədə 41 milyon kVt/saat və ya 20,4 % azdır.

Noyabr ayında Azərbaycanda elektrik enerjisinin ixracı 393,3 milyon kVt/saat və ya 50,8 dəfə azalaraq 7,9 milyon kVt/saat təşkil edib.

Ötən ay Azərbaycanda elektrik enerjisinin idxalı 9,1 milyon kVt/saat təşkil edib ki, bu da 2023-cü ilin noyabr ayı ilə müqayisədə 1,5 milyon kVt/saat və ya 14,2 % azdır.

Xatırladaq ki, 2023-cü ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda elektrik enerjisinin ixracı 2 milyard 752,7 milyon kVt/saat, idxalı isə 200,8 milyon kVt/saat olub. Ötən ilin noyabr ayı ərzində isə ölkədə elektrik enerjisinin idxalı 10,6 milyon kVt/saat, ixracı isə 401,2 milyon kVt/saat təşkil edib.