Bu il Azərbaycan 8,8 milyon dollarlıq karbamid ixrac edib
Energetika
- 20 oktyabr, 2020
- 07:53
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 59,136 min ton azot gübrəsi ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə məhsulun dəyəri 8,8 mln ABŞ dolları təşkil edib.
Doqquz ay ərzində azot gübrəsinin qeyri-neft sektoru üzrə ixracda payı 0,69% olub.
Azot gübrəsi Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunmuş “SOCAR Karbamid” zavodunda istehsal edilir. Zavod 2019-cu il yanvarın 16-da istifadəyə verilib, il ərzində 435 milyon kubmetr təbii qazdan xammal kimi istifadə etməklə, 650-660 min ton karbamid istehsal etmək gücündədir.
İstehsal həcminin 70%-i ixrac üçün nəzərdə tutulur.
Son xəbərlər
01:36
FİFA İnfantinonu tənqid edən direktoru işdən çıxarıb
Futbol01:15
İsrail ordusu Qəzzada qalacaq
Digər ölkələr00:31
Trampın kürəkəni: HƏMAS-ın tərksilah edilməsi artıq 30 gün ərzində başlaya bilər
Digər ölkələr00:17
Rusiya nefti daşıyan tanker Qara dənizdə PUA hücumuna məruz qalıb
Digər ölkələr23:45
Rodri "Barselona"ya keçib
Futbol23:21
Bağdad İraq Kürdüstanının Baş nazirinin ofisinə hücumla bağlı İrandan izahat tələb edib
Region23:13
Ərdoğan Britaniyanın Baş naziri ilə regional məsələləri müzakirə edib
Region23:11
Tramp İranın ABŞ-la razılaşma imzalamağa hazır olduğuna şübhə edir.
Digər ölkələr22:52