Bu il Azərbaycan 16 milyon tondan çox neft ixrac edib

Energetika
  • 16 sentyabr, 2024
  • 07:29
Bu il Azərbaycan 16 milyon tondan çox neft ixrac edib

Bu ilin yanvar-avqust aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 16 milyon 475 min 802,81 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.

Bu barədə “Report” Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir.

Azərbaycandan ixrac edilən xam neftin dəyəri 10 milyard 308 milyon 018,86 min ABŞ dolları təşkil edib.

İxrac edilən xam neftin həcmi 2023-cü ilin yanvar-avqust ayları ilə müqayisədə 10,9 %, dəyəri isə 8,2 % azdır.

Bu il Azərbaycanın ümumi ixracında bitumlu süxurlardan alınmış xam neft və neft məhsullarının payı 56,54 % olub.

Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrlə 30 milyard 995,423 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyənin 18 milyard 231 milyon ABŞ dolları ixracın, 12 milyard 763 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 25 % azalıb, idxal isə 14 % artıb.