Bu il 275 çoxmərtəbəli binaya qaz verilib
Energetika
- 05 oktyabr, 2016
- 06:34
Bakı. 5 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi 2016-cı ilin yanvar-sentyabr aylarında hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan 275 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib. Bu barədə “Report”a qurumun mətbuat xidmətindən məlumat verilib.
Məlumatda deyilir ki, həmin binalarda ümumilikdə 8 434 ailə yaşayır.
“Azəriqaz” İB təbii qazın satışı ilə məşğul olan bir qurum kimi zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə “mavi yanacaq”la təmin olunmasında maraqlı olduğunu açıqlayıb.
Son xəbərlər
02:46
Türkiyə Prezidenti 12 ölkəyə yeni səfir təyin edib
Region02:21
Media: Ukrayna Rusiyadan hava atəşkəsi ilə bağlı cavab gözləyir
Digər ölkələr01:52
Biləsuvarda avtomobil piyadanı vuraraq öldürüb
Hadisə01:30
"Real" La Liqanın cari mövsümündə ilk dəfə məğlub olub
Futbol01:18
Maka Boçorişvili ATƏT-in komissarı ilə Gürcüstanın milli azlıqlarla bağlı siyasətini müzakirə edib
Region00:55
Bu gün Abşeronun bir sıra ərazilərində işıq olmayacaq
Energetika00:32
Tramp: Uitkoff və Kuşner Ukrayna ilə müharibəyə son qoymaq üçün Rusiyaya səfər edirlər
Digər ölkələr00:00
Video
Şahbuzda yol-nəqliyyat hadisəsində xəsarət alanların vəziyyəti açıqlanıb – YENİLƏNİB
Hadisə23:52
Foto