Bu həftə TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri azalıb

Energetika
  • 06 yanvar, 2025
  • 06:06
Bu həftə TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri azalıb

Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) Yunanıstanın Kipoi çıxış nöqtəsindən yanvarın 6-da qaz tədarükü üçün 359 milyon 585 min 291 kVt/saat həcmində sifariş alınıb.

Bu barədə “Report” TAP-ın elektron platformasına istinadən xəbər verir.

Bu, ötən həftənin bazar ertəsinin göstəricisi ilə müqayisədə 6,22 % azdır.

Kipoi çıxış nöqtəsindən yanvarın 7-dən 12-nə kimi qaz tədarükü üçün 343 milyon 019 min 866 kVt/saat həcmində sifariş alınıb. Bu, dekabrın 31-də olan sifariş həcmi ilə müqayisədə 10,54 % azdır. Yanvarın 1-nə olan göstəriciləri ilə müqayisədə isə 2,3 % azdır. Yanvarın 2-də olan sifariş həcmi ilə müqayisədə 3,13 % az, yanvarın 3-nə olan sifariş həcmi ilə müqayisədə 3,43 % azdır. Yanvarın 4-nə və 5-nə olan sifariş həcmi ilə müqayisədə 4,6 % azdır

Yunanıstanın Komotini çıxış nöqtəsindən yanvarın 6-dən 12-dək hər gün üçün gündəlik sifarişlər ötən həftənin göstəricisi kimi 28 milyon 674 min 418 kVt/saat həcmində qeydə alınıb.

Yunanıstanın Nea Mesimvria çıxış nöqtəsindən yanvarın 6-dən 12-dək qaz tədarükü üçün 30 milyon 346 min 301 kVt/saat həcmində sifariş alınıb. Bu, ötən həftəyə olan sifariş göstəriciləri ilə müqayisədə isə eynidir.

İtaliyanın Melenduqno çıxış nöqtəsindən qazın tədarükü üçün yanvarın 6-da 297 milyon 068 min 315 kVt/saat həcmində sifariş alınıb. Bu, ötən həftənin bazar ertəsinin göstəricisi ilə müqayisədə 7,43 % azdır.

Yanvarın 7-dan 12-dək bu çıxış nöqtəsindən 281 milyon 999 min 147 kVt/saat həcmində sifarişlər qəbul edilib. Bu, dekabrın 31-nə olan sifariş həcmi ilə müqayisədə 11,96 % azdır. Bu həcmlər yanvarın 1-nə olan sifariş həcmləri ilə müqayisədə isə 1,6 %, yanvarın 2-nə olan sifariş həcmləri ilə müqayisədə isə 3,29 % azdır.

Bundan başqa, bu həcmlər yanvarın 3-nə olan sifariş həcmləri ilə müqayisədə isə 3,66 %, yanvarın 4-nə və 5-nə qədər olan sifariş həcmləri ilə müqayisədə isə 5,07 % azdır.

Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.