Bu həftə TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri artıb
- 14 oktyabr, 2024
- 05:43
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) Yunanıstanın Kipoi çıxış nöqtəsindən oktyabrın 14-da qaz tədarükü üçün 388 milyon 941 min 292 kVt/saat həcmində sifariş alınıb.
Bu barədə “Report” TAP-ın elektron platformasına istinadən xəbər verir.
Bu, ötən həftənin bazar ertəsinin göstəricisi ilə müqayisədə 5,03 % çoxdur.
Kipoi çıxış nöqtəsindən oktyabrın 15-dən 20-dək qaz tədarükü üçün 341 milyon 019 min 866 kVt/saat həcmində sifariş alınıb. Bu, oktyabrın 8-nə olan sifariş həcmi ilə müqayisədə 9,43 % çoxdur. Oktyabrın 9-11-nin göstəriciləri ilə müqayisədə 12,4 % çoxdur, oktyabrın 12-i və 13-ünə olan göstəriciləri ilə müqayisədə isə 12,32 % azdır.
Yunanıstanın Komotini çıxış nöqtəsindən oktyabrın 14-dən 20-dək hər gün üçün gündəlik sifarişlər ötən həftənin göstəricisi kimi 28 milyon 674 min 418 kVt/saat həcmində qeydə alınıb.
Yunanıstanın Nea Mesimvria çıxış nöqtəsindən oktyabrın 14-dən 20-dək qaz tədarükü üçün 43 milyon 346 min 301 kVt/saat həcmində sifariş alınıb. Bu, ötən həftənin bütün günlərinin göstəricisi ilə müqayisədə eynidir.
İtaliyanın Melenduqno çıxış nöqtəsindən qazın tədarükü üçün oktybarın 14-də 329 milyon 999 min 997 kVt/saat həcmində sifariş alınıb. Bu, ötən həftənin bazar ertəsinin göstəricisi ilə müqayisədə 6,35 % çoxdur.
Oktyabrın 15-dən 20-dək isə bu çıxış nöqtəsindən 271 milyon 999 min 147 kVt/saat həcmində sifarişlər qəbul edilib. Bu, oktyabrın 8-nə olan sifariş həcmi ilə müqayisədə 14,95 % azdır. Bu həcmlər oktyabrın 9-u və 10-na olan sifariş həcmləri ilə müqayisədə 16,31 % azdır, oktyabrın 11-dən 13-dək olan sifariş həcmi ilə müqayisədə 17,26 % azdır.
Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.