Bu həftə TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri açıqlanıb

Energetika
  • 09 dekabr, 2024
  • 05:43
Bu həftə TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri açıqlanıb

Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) Yunanıstanın Kipoi çıxış nöqtəsindən dekabrın 9-da qaz tədarükü üçün 376 milyon 157 min 291 kVt/saat həcmində sifariş alınıb.

Bu barədə “Report” TAP-ın elektron platformasına istinadən xəbər verir.

Bu, ötən həftənin bazar ertəsinin göstəricisi ilə müqayisədə 0,47 % azdır.

Kipoi çıxış nöqtəsindən dekabrın 10-dan 15-dək qaz tədarükü üçün 346 milyon 019 min 867 kVt/saat həcmində sifariş alınıb. Bu, dekabrın 3-nə 4-nə olan sifariş həcmi ilə müqayisədə 8,44 % azdır. Dekabrın 5-nə və 6-na olan göstəriciləri ilə müqayisədə 8,43 % azdır. Dekabrın 7-nə və 8-nə olan göstəriciləri ilə müqayisədə 8 % azdır.

Yunanıstanın Komotini çıxış nöqtəsindən dekabrın 9-dan 15-dək hər gün üçün gündəlik sifarişlər ötən həftənin göstəricisi kimi 28 milyon 674 min 418 kVt/saat həcmində qeydə alınıb.

Yunanıstanın Nea Mesimvria çıxış nöqtəsindən dekabrın 9-dan 15-dək qaz tədarükü üçün 30 milyon 346 min 301 kVt/saat həcmində sifariş alınıb. Bu, ötən həftəyə olan sifariş göstəriciləri ilə müqayisədə isə eynidir.

İtaliyanın Melenduqno çıxış nöqtəsindən qazın tədarükü üçün dekabrın 9-da 315 milyon 140 min 315 kVt/saat həcmində sifariş alınıb. Bu, ötən həftənin bazar ertəsinin göstəricisi ilə müqayisədə 0,71 % çoxdur.

Dekabrın 10-dan 15-dək bu çıxış nöqtəsindən 286 milyon 999 min 147 kVt/saat həcmində sifarişlər qəbul edilib. Bu, dekabrın 3-nə və 4-nə olan sifariş həcmi ilə müqayisədə 9,43 % azdır. Bu həcmlər dekabrın 5-nə və 6-na qədər olan sifariş həcmləri ilə müqayisədə isə 9,42 % azdır. Bu həcmlər dekabrın 7-nə və 8-na qədər olan sifariş həcmləri ilə müqayisədə isə 8,93 % azdır.

Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.

44 filmi