Bu gün Abşeronun qaz təchizatında fasilə yaranacaq

Energetika
  • 08 yanvar, 2020
  • 06:03
Bu gün Abşeronun qaz təchizatında fasilə yaranacaq

Abşeron rayonunda aparılan abadlıq işləri ilə əlaqədar bu gün səhər saat 10:00-dan etibarən bir qrup abonentin qaz təchizatında müvəqqəti olaraq fasilə yaranacaq.

Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilir ki, qaz təminatındakı fasilələr əsasən Abşeron rayonunun Xırdalan şəhəri, həmçinin, Hökməli, Atyalı, Qobu, Daş-Güzdək, Aşağı-Güzdək və Çiçək qəsəbələri ərazisində müşahidə olunacaq.