BTC kəməri ilə nəql edilən tranzit neftinin həcmi azalıb
- 17 may, 2023
- 14:59
Bu ilin yanvar-aprel aylarında Azərbaycanın magistral neft kəmərləri ilə 12 milyon 833,1 min ton neft nəql edilib.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2022-ci ilin eyni dövrün göstəricisinə nisbətən 10,5 % çoxdur.
Hesabat dövründə nəqletmənin 76,4 %-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib.
Bu dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 84,8 %-ini və ya 8 milyon 315,8 min tonunu Azərbaycanda hasil edilən neft olub.
Bunun 15,2 %-ini və ya 1 milyon 486,6 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib. Bu da 2022-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 5,95 % azdır.
Xatırladaq ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən nefti və “Şahdəniz” yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan və Qazaxıstan nefti nəql olunur.
BTC Ko.-nun səhmdarları: BP (30,1 %); AzBTC (25 %); MOL (8,9 %); Ekvinor (8,71 %); TPAO (6,53 %); Eni (5 %); Total (5 %), İTOÇU (3,4 %); İNPEKS (2,5 %), EksonMobil (2,5 %) və ONGC (BTC) Limited (2,36 %) şirkətləridir.