BTC kəməri ilə nəql edilən tranzit neftinin həcmi 47 %-dək artıb
- 16 noyabr, 2022
- 10:05
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanın magistral neft kəmərləri ilə 31 milyon 003 min ton neft nəql edilib.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, daha əvvəlki ilin yanvar-oktyabr ayları ilə nisbətən 6,6 % çoxdur.
Bu ilin yanvar-oktyabr ayları ərzində nəqletmənin 78,8 %-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib.
Hesabat ayları ərzində BTC vasitəsilə 24 milyon 428,1 min ton neft ötürülüb. Bu isə 2021-ci ilin 10 ayı ilə müqayisədə 12,2 % çoxdur..
Dövr ərzində BTC kəməri ilə 4 milyon 131,1 min ton tranzit nefti də nəql edilib ki, bu da 2021-ci ilin ilk 10 ayının göstəricisi ilə müqayisədə 46,8 % çoxdur.
Xatırladaq ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən nefti və “Şahdəniz” yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.
BTC Ko.-nun səhmdarları: BP (30,1 %); AzBTC (25 %); MOL (8,9 %); Ekvinor (8,71 %); TPAO (6,53 %); Eni (5 %); Total (5 %), İTOÇU (3,4 %); İNPEKS (2,5 %), EksonMobil (2,5 %) və ONGC (BTC) Limited (2,36 %) şirkətləridir.