BTC kəməri ilə nəql edilən neftin həcmi 9 %-dək artıb

Energetika
  • 17 aprel, 2023
  • 10:25
BTC kəməri ilə nəql edilən neftin həcmi 9 %-dək artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanın magistral neft kəmərləri ilə 9 milyon 500,8 min ton neft nəql edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 9,9 % çoxdur.

I rüb ərzində nəqletmənin 76,3 %-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib.

Hesabat dövründə BTC vasitəsilə 7 milyon 244,5 min ton neft ötürülüb. Bu isə 2022-ci ilin yanvar-mart ayları ilə müqayisədə 8,5 % çoxdur.

Bu dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 85,9 %-ini və ya 6 milyon 223,7 min tonunu Azərbaycanda hasil edilən neft, 14,1 %-ini və ya 1 milyon 020,8 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.

Xatırladaq ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən nefti və “Şahdəniz” yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan və Qazaxıstan nefti nəql olunur.

BTC Ko.-nun səhmdarları: BP (30,1 %), AzBTC (25 %), MOL (8,9 %), "Ekvinor" (8,71 %), TPAO (6,53 %), "Eni" (5 %), "Total" (5 %), İTOÇU (3,4 %). İNPEKS (2,5 %), "EksonMobil" (2,5 %) və ONGC (BTC) Limited (2,36 %) şirkətləridir.