“Brent” neftinin qiyməti dörd ilin minimumuna düşüb
Energetika
- 09 aprel, 2025
- 02:03
London ICE birjasında 2025-ci ilin iyun ayında təhvil verilməsi nəzərdə tutulan “Brent” markalı neftin fyuçers qiyməti 2021-ci ilin aprelin 7-dən bəri ilk dəfə bir barrel üçün 62 dollardan aşağı düşüb.
“Report” xəbər verir ki, bu barədə hərrac nəticələrindən bəlli olub.
Bakı vaxtı ilə saat 23:17-yə olan məlumata görə, “Brent”in qiyməti 4,01 % azalaraq bir barrel üçün 61,78 dollar təşkil edib.
Saat 23:22-yə “Brent” bir barrel üçün 61,94 dollar (-3,76 %) səviyyəsində hərrac çıxarılıb. Eyni zamanda, 2025-ci ilin may ayında təhvil verilməsi nəzərdə tutulan WTI markalı neftin fyuçers qiyməti 4,84 % ucuzlaşaraq bir barrel üçün 58,57 dollar təşkil edir. Saat 23:38-ə olan məlumata görə, “Brent” 61,57 dollar səviyyəsində qiymətləndirilir.
Son xəbərlər
13:36
Azərbaycan Belarusa albalı və gilas tədarükünü kəskin artırıb
Biznes13:30
Qalibaf İraqa səfər edəcək
Digər ölkələr13:27
IJF İlham Zəkiyevin 10-cu dəfə Avropa çempionu olmasını əsas simvolik məqam kimi qiymətləndirib
Fərdi13:27
Finlandiyada Rusiya sərhədi yaxınlığında yerləşən zavodda partlayış baş verib
Digər ölkələr13:25
Foto
Rumıniyada keçirilən festivalda Azərbaycan muğamı təqdim olunub
Mədəniyyət siyasəti13:22
XİN Rusiya səfirinə Azərbaycan əleyhinə səsləndirilən açıqlamalarla bağlı qəti etiraz bildirib
Xarici siyasət13:22
Niklas Fyullkruq "Verder"ə qayıtmağa yaxındır
Futbol13:19
Video
Bakıda köhnə tikilidə baş verən yanğın məhdudlaşdırılıb - YENİLƏNİB
Hadisə13:16