“Brent” markalı neftin qiyməti ən yüksək səviyyəyə çatıb

Energetika
  • 27 sentyabr, 2021
  • 08:28
“Brent” markalı neftin qiyməti ən yüksək səviyyəyə çatıb

Dünya bazarlarında “Brent” markalı neftin qiyməti 1%-dən daha artıq bahalaşıb və 2018-ci ilin noyabrında qeydə alınmış 79 ABŞ dolları səviyyəsini ötüb.

“Report” “Prime” agentliyinə istinadən xəbər verir ki, Bakı vaxtı ilə 08.52-yə olan məlumata görə, Şimal dənizində hasil olunan “Brent” neftinin dekabr fyuçersləri 1,14% bahalaşaraq, 1 bareli 78,11 ABŞ dollarına satılıb. “Brent” neftinin noyabr fyuçerslərinin qiyməti isə 1,2% artıb və 1 bareli 79,03 ABŞ dolları təşkil edib. Gün ərzində qiymət 79,52 ABŞ dollarına çatıb.

WTI neftinin noyabr fyuçerslərinin qiyməti 1,23% bahalaşaraq, 1 bareli 74,89 ABŞ dolları təşkil edib.

Qiymət artımı dünyada xammala olan tələbin yaxşılaşması perspektivləri ilə bağlıdır. Bununla yanaşı, dünyada neft ehtiyatlarının azalması da qiymət artımına şərait yaradıb.