“Brent” markalı neft 78 dollardan aşağı düşüb
Energetika
- 16 noyabr, 2023
- 16:09
“Brent” markalı neftin bir barelinin yanvar fyuçerslərinin qiyməti iyulun 11-dən bəri ilk dəfə 78 ABŞ dollarından aşağı düşüb.
“Report” xəbər verir ki, bunu ICE birjasındakı ticarət məlumatları göstərir.
Bakı vaxtı ilə saat 19:13-ə olan məlumata görə, müqavilənin qiyməti 77,98 dollara düşüb. Bakı vaxtı ilə saat 19:20-də neft qiymətləri yenidən 78,2 dollara qalxıb. Bu zaman kəsiyində “Nymex” birjasında WTI markalı neftin bir barreli 73,81 dollara qədər düşüb.
ABŞ Energetika Nazirliyinin məlumatına görə, ölkədə neft ehtiyatları 3,6 milyon bareldən çox artaraq analitiklərin gözləntilərini üstələyib. Hasilat gündəlik 13,2 milyon barel olmaqla rekord səviyyədə qalır. Bu, bazarda izafi neft olması ilə bağlı fikirlərə səbəb olub və qiymət düşüb.
Son xəbərlər
13:39
Azərbaycan Premyer Liqasının 2026/2027 mövsümünün ilk turunun oyun cədvəli açıqlanıb
Futbol13:39
Ukrayna Tatarıstandakı "TANEKO" neft emalı zavoduna zərbə endirib
Digər ölkələr13:34
Azərbaycan nefti cüzi bahalaşıb
Energetika13:32
Azərbaycan və Ukrayna səhiyyə sahəsində əməkdaşlıq edəcək
Sağlamlıq13:32
"Araz-Naxçıvan" Ağadadaş Salyanskini "Neftçi"dən icarəyə götürüb
Futbol13:31
Moldova Moskvadakı səfirini geri çağırır
Digər ölkələr13:29
İnternet informasiya ehtiyatlarının sahibləri üçün kibertəhlükəsizlikdə yeni öhdəliklər müəyyənləşib
Daxili siyasət13:28
"Karvan-Yevlax" heyətini Lətif Rzayevlə gücləndirib
Futbol13:27