BP: Xəzərdə yeni ehtiyatlar aşkarlamaq üçün məlumatları birləşdirmək vacibdir

Energetika
  • 02 iyun, 2026
  • 12:49
BP: Xəzərdə yeni ehtiyatlar aşkarlamaq üçün məlumatları birləşdirmək vacibdir

Xəzər dənizində yeni ehtiyatların aşkarlanması üçün məlumatların birləşdirilməsi vacibdir.

"Report' xəbər verir ki, bunu BP-nin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda geologiya və işlənmə üzrə vitse-prezident Dən Sparks Bakı Enerji həftəsinin ikinci günündə təşkil olunmuş panel müzakirələrində bildirib.

Onun sözlərinə görə, Xəzər hövzəsində yeni neft-qaz ehtiyatlarının aşkar olunması üçün şirkətlər arasında daha geniş əməkdaşlıq və məlumat mübadiləsinə ehtiyac var.

"Regionda fəaliyyət göstərən şirkətlər bir-biri ilə rəqabət aparmaqdan daha çox əməkdaşlıq etməklə qazanır. Bu sənayedə adətən bir-birimizi rəqib adlandırırıq. Amma eyni hövzədə fəaliyyət göstərən şirkətlərin əməkdaşlıqdan əldə edəcəyi fayda rəqabətdən daha böyükdür. Əsl rəqabətimiz isə daha aşağı maya dəyəri ilə kapital cəlb edən digər regionlarla gedir. "Şahdəniz" və AÇG kimi iri layihələr yeni infrastrukturun yaradılmasına imkan verib. Gələcək layihələr isə belə imkanlara malik olmadığından mövcud resurslardan birgə istifadə daha da vacib olacaq", - deyə BP rəsmisi qeyd edib.