BP: “Şahdəniz-2” layihəsi üzrə işlər hasilatın başlanması qrafikinə uyğun irəliləyib"

Energetika
  • 04 may, 2023
  • 13:46
BP: “Şahdəniz-2” layihəsi üzrə işlər hasilatın başlanması qrafikinə uyğun irəliləyib

Bu ilin yanvar-mart aylarında Xəzər dənizinin Azərbaycan sektorunda “Şahdəniz-2” layihəsi çərçivəsində aparılan işlər şərq-şimal cinahından dördüncü rübə planlaşdırılan hasilatın başlanması qrafikinə uyğun irəliləyib.

“Report” xəbər verir ki, bu barədə “BP-Azerbaijan” şirkətinin tərəfdaşları ilə birgə bu ilin I rübü ilə bağlı binzesə dair yaydığı hesabatda qeyd edilib.

Bildirilir ki, quraşdırma və sınaq işləri həm sualtı, həm də “Şahdəniz Bravo” platformasında üst modullarda davam edib. Layihə çərçivəsində qərb-cənub və şərq-şimal cinahlarında "İstiqlal" qazma qurğusunun gəlməsindən əvvəl yeni sualtı fontan armaturalarının quraşdırılması tamamlanıb və şərq-şimal cinahının hasilat axın xətlərinin sınaq işləri başlanıb.

Birinci rübdə “Şahdəniz Alfa” platformasından quyu qazılmayıb, bu müddət ərzində platformanın qazma qurğusunda profilaktik işlər aparılıb.

“Şahdəniz-2” layihəsi çərçivəsində quyuların tamamlama işləri "İstiqlal" qazma qurğusu vasitəsilə davam edir.

Ümumilikdə “Şahdəniz-2” çərçivəsində 21 quyu qazılıb. Bunlara yatağın şimal cinahında beş quyu, qərb cinahında dörd quyu, şərq-cənub cinahında dörd quyu, qərb-cənub cinahında beş quyu və şərq-şimal cinahında üç quyu daxildir.

44 filmi