BP bu ilin sonuna “Dayazsulu Abşeron”da ilk geoloji kəşfiyyat quyusunu qazmağa başlamağı planlaşdırır

Energetika
  • 04 iyul, 2019
  • 09:20
BP bu ilin sonuna “Dayazsulu Abşeron”da ilk geoloji kəşfiyyat quyusunu qazmağa başlamağı planlaşdırır

BP şirkəti bu ilin sonuna yaxın Abşeron yarımadasının dayazsulu hissəsində ilk geoloji kəşfiyyat quyusunu qazmağa başlamağı planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Couns bildirib.

O qeyd edib ki, qazma işlərini həyata keçirmək üçün özüqalxan üzən qazma quyğusu (“Sətti”) Qazaxıstandan Azərbaycana gətirilib və quyğuda bəzi modifikasiya aparılacaq. “İşlər yekunlaşdırıldıqdan sonra bu ilin sonuna yaxın ilk geoloji kəşfiyyat quyusunu qazmağa başlamağı planlaşdırırıq”,- o Q.Couns əlavə edib.

Qeyd edək ki, 2014-cü il dekabrın 22-də Azərbaycan Dövlət Neft Şirkəti ( SOCAR ) ilə BP şirkəti arasında Abşeron yarımadasının ətrafındakı dayazsulu sahədə yerləşən potensial perspektiv strukturlarda birgə geoloji kəşfiyyat işlərinin aparılması və işlənməsi haqqında hasilatın pay bölgüsü sazişi (HPBS) imzalanıb Sazişin əhatə sahəsi Abşeron yarımadasının cənub hissəsinə doğru Xəzər hövzəsinin hüdudları boyunca uzanır. Müqavilə sahəsi 1 900 kv. km sahəni əhatə edir.

Abşeron yarımadasının ətrafındakı dayazsulu sahədə yerləşən perspektiv strukturlarda neft ehtiyatlarının olduğu ehtimal edilir.

Xatırladaq ki, cari ilin yanvar-fevral aylarında SOCAR ilə “KazMunayGaz” arasında imzalanmış memoranduma əsasən “Sətti” özüqalxan üzən qazma qurğusu SOCAR-ın CDC şirkətinə etibarlı idarəetməyə verilib. Qurğu iyunun 20-də Bakıya gətirilib.