BP: Azərbaycandakı boru kəmərlərində elektrik təsirinə qarşı yeni qoruma mexanizmləri işə salınır

Energetika
  • 11 dekabr, 2025
  • 11:22
BP: Azərbaycandakı boru kəmərlərində elektrik təsirinə qarşı yeni qoruma mexanizmləri işə salınır

Boru kəmərlərinin bir çox hissəsi yüksək gərginlikli elektrik xətləri ilə paralel keçdiyi üçün həmin xətlərdən gələn elektrik təsiri boruların zədələnmə riskini artırır.

"Report" xəbər verir ki, bunu "BP Exploration (Caspian Sea) Ltd" şirkətinin korroziya və materiallar üzrə mühəndisi David Beşitadze Bakıda keçirilən "Aktiv Bütövlük, Korroziya və Örtüklər Konfransı 2025" ("Asset Integrity, Corrosion and Coatings Conference 2025" tədbirində bildirib.

Onun sözlərinə görə, BP bu riskləri azaltmaq üçün bir sıra qabaqlayıcı tədbirlər həyata keçirir.

"Biz boru kəmərlərinin daha təhlükəsiz istismarını təmin etmək üçün müxtəlif preventiv tədbirlər görürük. Bunlara bərpa olunan enerji ilə işləyən mühafizə sistemləri, elektrik təsirini zəiflədən xüsusi qurğular, boru kəmərinin vəziyyətini real vaxtda izləməyə imkan verən rəqəmsal nəzarət platformaları və marşrut boyunca riskli nöqtələrin xəritələşdirilməsi daxildir", - deyə o bildirib.

Onun sözlərinə görə, bu tədbirlər elektrik xətlərinin boru kəmərlərinə təsirini xeyli azaldır, boruların zədələnmə ehtimalını minimuma endirir və onların uzunmüddətli, etibarlı fəaliyyətinə şərait yaradır.

"Hazırda bu qabaqlayıcı tədbirlər Azərbaycan ərazisində yerləşən əsas boru kəmərlərində mərhələli şəkildə tətbiq olunur", - deyə D.Beşitadze əlavə edib.

Son xəbərlər

Bütün Xəbər Lenti