BP Azərbaycanda sosial layihələrə xərclərini 25% artırıb

Energetika
  • 12 may, 2020
  • 07:23
BP Azərbaycanda sosial layihələrə xərclərini 25% artırıb

Bu ilin birinci rübü ərzində “BP-Azerbaijan” şirkəti və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları Azərbaycanda sosial investisiya layihələrinə  1 mln. ABŞ dolları xərcləyiblər.

Bu barədə “Report”a “BP-Azerbaijan” şirkətindən məlumat verilib.

Bildirilir ki, bu, 2019-cu ilin yanvar-mart ayları ilə müqayisədə 200 mln. dollar və ya 25% çoxdur.

Xatırladaq ki, 2019-cu ilin birinci rübündə BP və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları sosial investisiya layihələrinə təkcə Azərbaycanda 0,8 mln. dollar xərcləyiblər.