“BP-Azerbaijan” AÇG-də yeni quyuların qazılması barədə planlarını açıqlayıb
- 28 yanvar, 2025
- 11:42
Yeniliklərdən dərhal xəbərdar olun!
“BP-Azerbaijan” şirkəti növbəti altı il ərzində "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundakı "Mərkəzi Şərqi Azəri" (ACE) yeni hasilat platformasından 24 quyu qazmağı planlaşdırır.
Bu barədə “Report”a şirkətdən məlumat verilib.
"Növbəti illərdə ACE platformasından əlavə quyuların qazılması və tamamlanması planlaşdırılır. Xüsusilə, altı il ərzində hər il dörd quyu qazılacaq", - şirkətdən bildirilib.
2024-cü ildə ACE platformasından ilk üç hasilat quyusu qazılıb.
Qeyd edək ki, 6 milyard ABŞ dollarlıq ACE layihəsi Xəzər dənizində nəhəng AÇG yatağının işlənməsinin növbəti mərhələsidir. ACE Xəzər dənizinin təxminən 140 metr dərinliyində, mövcud “Mərkəzi Azəri” və “Şərqi Azəri” platformalarının arasında yerləşən yeni 48 şaxtalı hasilat, qazma və yaşayış platformasıdır. Bu layihəyə həmçinin yeni yataqdaxili sualtı boru kəmərləri də daxildir.