Bolqarıstan müvəqqəti məntəqə vasitəsilə Azərbaycandan tam həcmdə qaz almağa başlayır

Energetika
  • 01 iyul, 2022
  • 12:58
Bolqarıstan müvəqqəti məntəqə vasitəsilə Azərbaycandan tam həcmdə qaz almağa başlayır

Bu gündən Bolqarıstan Azərbaycanla bağlanmış müqavilə çərçivəsində təbii qazın bütün həcmlərini almağa başlayacaq. Lakin bu, Yunanıstan-Bolqarıstan İnterkonnektoru (İGB) vasitəsilə deyil, Nea Mesimvria müvəqqəti çatdırılma məntəqəsi vasitəsilə baş verəcək.

"Report" xəbər verir ki, bu barədə Bolqarıstanın Energetika Nazirliyi məlumat yayıb.

Nazirliyin cavabına əsasən, interkonnektor payızda hazır olacaq.

Müqaviləyə əsasən, hazırda Azərbaycandan daha ucuz qaz Bolqarıstan-Yunanıstan İnterkonnektoru vasitəsilə ölkəyə daxil olmalıdır: «Bu qaz bağlantısı hələ tam hazır deyil və Energetika Nazirliyi əmin edir ki, “Yunanıstan-Bolqarıstan İnterkonnektorunun istismara verilməsi qarşıdan gələn istilik mövsümünə tam uyğun olacaq və biz bunun daha tez baş verməsi üçün fəal işləyirik”.

Nazirlikdən həmçinin bildirilir ki, hazırda əsas tikinti işləri başa çatıb: “Stara Zaqora-Komotini istiqamətində təbii qazın real həcmləri ilə ilk sınaqlar uğurla başa çatıb. Bu ay qazın əks istiqamətdə nəqlini sınaqdan keçirilməsi planlaşdırılır”.

Həmçinin gözlənilir ki, Avropa Komissiyası qaz kəmərinin kommersiya istismarı üçün məcburi tələb olan müstəqil ötürmə operatoru kimi interkonnektor layihə şirkətinin (ICGB) sertifikasiyasını, eləcə də bir sıra digər prosedurları təsdiqləyəcək.

“Onların müddəti adətən 3 aydır, bu halda kəmərin əhəmiyyəti və İGB-nin istismara verilməsindən sonra Bolqarıstan bazarı üçün faydaları nəzərə alınmaqla onun azaldılması gözlənilir. Beləliklə, bu gündən etibarən Azərbaycan “Bulqarqaz”la razılaşdırılmış bütün həcmdə qazı Nea Mesimvria müvəqqəti çatdırılma məntəqəsinə tədarük edəcək və bu, iyul ayı üçün qazın qiymətində öz əksini tapmalıdır”, -deyə Energetika Nazirliyinin cavabında deyilir.

Hazırda Çirendəki qaz anbarı üçdə birindən bir qədər çox - 34,5 % dolub, ora 190 milyon kubmetr qaz vurulub.

Qeyd edək ki, IGB Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" qaz kondensat yatağının II mərhələdə istismarı çərçivəsində hasil edilən "mavi yanacağ"ın Bolqarıstana nəqlini nəzərdə tutur. Belə ki, “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından 1 milyard kubmetr qazı almaq üçün "Şahdəniz" konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycan təbii qazı hesabına Bolqarıstan qaz tələbatının 25-30 %-ni ödəyə biləcək.

Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometri Bolqarıstan ərazisindən keçəcək. Kəmərin illik ötürücülük gücü 3-5 milyard kubmetr həcmində nəzərdə tutulur.

44 - Tezliklə