İki rayonda qaz xətləri avtomobillə zədələnib

Energetika
  • 25 iyul, 2019
  • 13:24
İki rayonda qaz xətləri avtomobillə zədələnib

Günorta saatlarında bölgələrdə qaz xətlərinə zədə yetirilməsi halları aşkarlanıb.

Bu barədə “Report”a “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.

Qeyd edilib ki, Beyləqan rayonunun xidmət sahəsinə daxil olan Dünyamallar və İmamverdilər kəndləri istiqamətində olan qaz xəttinə traktorla zədə yetirilib. Bununla əlaqədar olaraq, saat 13:10-dan etibarən, təqribən, 2500 abonentin qaz təchizatı dayandırılıb. Şabran rayonunun Sincanboyad kəndində də qaz xəttini avtomobillə vurub yararsız hala salıblar, nəticədə 85 abonentin qaz təchizatı dayandırılıb.