Biləsuvarın bir sıra ərazilərində işıq olmayacaq
Energetika
- 07 mart, 2026
- 10:22
Bu gün Biləsuvar rayonunun bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.
Bu barədə "Report"un Muğan bürosuna "Azərişıq" ASC-dən məlumat verilib.
Bildirilib ki, Biləsuvar Elektrik Şəbəkəsinin (EŞ) ərazisində yerləşən 110/35/10 kV-luq "Biləsuvar" yarımstansiyasından çıxan 10 kV-luq 11 saylı hava xəttində təmir və ağac budanması işləri aparılacaq.
Bununla əlaqədar olaraq saat 10:00-dan 13:30-dək Biləsuvar şəhərinin Mirzə İbrahimov, Nizami, Mirzə Ələkbər Sabir, Tofiq İsmaylov və Səməd Vurğun küçələrində elektrik enerjisi kəsiləcək.
Təmir işləri başa çatdıqdan sonra qeyd olunan ərazilərin elektrik təchizatı bərpa olunacaq və istehlakçılar daha keyfiyyətli elektrik enerjisi ilə təmin ediləcək.
Son xəbərlər
08:54
Yaponiyada "Delfin" tayfunu 56 minə yaxın abonenti işıqsız qoyub
Digər ölkələr08:31
Ukrayna Qara dənizdə Qazaxıstan nefti daşıyan tankerlərə hücum etməməyi öhdəsinə götürüb
Digər ölkələr08:05
Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı artıb
Digər ölkələr08:02
Azərbaycan Gürcüstandakı münaqişənin sülh yolu ilə həllinə tam dəstəyini bir daha təsdiqləyib
Xarici siyasət07:47
ABŞ Kolumbiyanın yeni prezidentinə dəstək üçün 1 milyard dollar ayıracaq
Digər ölkələr07:13
Kolumbiya "Amerika qalxanı" alyansına qoşulacaq
Digər ölkələr06:52
Pentaqon keçmiş nazirin məxfi məlumatlara çıxışını məhdudlaşdırıb
Digər ölkələr06:24
"Mançester Siti" Buaddini 129 milyon avroya "Lill"dən alır
Digər ölkələr05:41