Beyləqanın daha 2 kəndinə ilk dəfə təbii qaz verilib
Energetika
- 07 oktyabr, 2016
- 13:07
Bakı. 7 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən oktyabrın 7-də Beyləqan rayonunun Aşıqalılar və Yuxarı Çəmənli kəndlərinə ilk dəfə təbii qaz verilib.
Bu barədə “Report”a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, bu münasibətlə keçirilmiş mərasimdə rayon icra hakimiyyətinin və “Azəriqaz”ın təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Ümumilikdə 524 abonenti olan Aşıqalılar və Yuxarı Çəmənli kəndlərinin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 12 591 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla qaz xətləri çəkilib, bütün abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.
Son xəbərlər
01:52
Biləsuvarda avtomobil piyadanı vuraraq öldürüb
Hadisə01:30
"Real" La Liqanın cari mövsümündə ilk dəfə məğlub olub
Futbol01:18
Maka Boçorişvili ATƏT-in komissarı ilə Gürcüstanın milli azlıqlarla bağlı siyasətini müzakirə edib
Region00:55
Bu gün Abşeronun bir sıra ərazilərində işıq olmayacaq
Energetika00:32
Tramp: Uitkoff və Kuşner Ukrayna ilə müharibəyə son qoymaq üçün Rusiyaya səfər edirlər
Digər ölkələr00:00
Video
Şahbuzda yol-nəqliyyat hadisəsində xəsarət alanların vəziyyəti açıqlanıb – YENİLƏNİB
Hadisə23:52
Foto
Gürcüstanda Azərbaycan və Türkiyədən olan gənclərin iştirakı ilə beynəlxalq düşərgə keçirilib
Region23:07
Ərdoğan BƏƏ Prezidenti ilə İran-ABŞ gərginliyini müzakirə edib
Region23:01