Bəxtiyar Aslanbəyli: "BP Azərbaycan hökumətinin şirkətə etimadını yüksək dəyərləndirir"
- 18 iyul, 2022
- 07:18
Yeniliklərdən dərhal xəbərdar olun!
BP Azərbaycan hökumətinin şirkətə etimadını yüksək dəyərləndirir.
"Report" xəbər verir ki, bunu ADA Universitetində İnkişaf və Diplomatiya İnstitutunun (IDD), Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), BP Azerbaijan, “Kolin”, “Masdar” və “TotalEnergies” şirkətlərinin birgə təşkilatçılığı ilə 16-cı Bakı Yay Enerji Məktəbinin açılış mərasimində BP-nin Xəzər bölgəsində Xarici əlaqələr və kommunikasiya üzrə vitse prezidenti Bəxtiyar Aslanbəyli deyib.
Onun sözlərinə görə, BP məsuliyyətini anlayır və digər layihələrə də töhfə verməyə çalışır və bərpa olunan energetika sahəsinə maraq göstərir: "BP Azərbaycanda fəaliyyət göstərdiyi layihələr, əsasən isə “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi və "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi layihələri ölkənin makroiqtisadiyyatına müsbət təsir göstərir".
O, 16-cı Bakı Yay Enerji Məktəbi ilə bağlı qeyd edib ki, bu gün növbəti dəfə açılışını etdiyimiz layihə uzun illərdir ki, çox uğurlu bir proqramdır: "Bu məktəbi bitirmiş çoxlu sayda ekspertlərlə rastlaşmışam. Bu isə proqramın böyük uğurudur"