BEA: "Bu il elektrik enerjisinə tələbat 2%-dən çox arta bilər"
Energetika
- 20 iyul, 2022
- 08:44
2022-ci ildə dünyada elektrik enerjisinə tələbat 2,4% arta bilər.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) hesabatında bildirilir.
Qurum hesab edir ki, artım perspektivlərinə ilin əvvəlində baş vermiş hadisələr təsir göstərib.
Hesabata görə, Ukraynada hərbi əməliyyatların başlaması və nəticədə enerji daşıyıcılarının bahalaşması kommunal xidmətlərin qiymətlərinin artmasında özünü göstərib. Bundan əlavə, yüksək inflyasiya templəri müxtəlif ölkələrin mərkəzi banklarını uçot dərəcələrini artırmağa məcbur edib.
BEA-nın proqnozuna əsasən, ən yüksək artım Asiya-Sakit okean regionunda (3,4%) və Afrikada (3,9%) qeydə alınacaq. ABŞ-da bu göstərici 2%-ə qədər, Avropada isə 1%-dən az olacaq.
Son xəbərlər
14:50
Serj Sarkisyana 2 maddə ilə ittiham irəli sürülüb - YENİLƏNİB
Region14:46
AQTA: 158 kq uyğunsuz dondurma məhv edilib
Sağlamlıq14:45
Ermənistan və İran dizel yanacağı və mayeləşdirilmiş qazın tədarükünü müzakirə ediblər
Region14:44
"Fənərbağça"nın dörd futbolçusu "Lion"la oyunu buraxacaq
Futbol14:33
Foto
Laçında inşa edilən 2 KSES-də istehsal olunan enerjinin həcmi məlum olub
Energetika14:27
Emin İskəndərov: "Dünya çempionatında qızıl və gümüş medal qazanmaq böyük nəticədir"
Fərdi14:09
Foto
Video
Oğuzda avtomobil aşıb, 7 nəfər xəsarət alıb - YENİLƏNİB
Hadisə14:06
Foto
Azərbaycan badmintonçuları beynəlxalq turnirdə 17 medal qazanıblar
Fərdi14:00