"BCG Baku"nun partnyoru: "Enerji sərfiyyatının 30 %-i yenilənən mənbə hesabına qarşılanacaq"

Energetika
  • 30 sentyabr, 2025
  • 11:18
BCG Bakunun partnyoru: Enerji sərfiyyatının 30 %-i yenilənən mənbə hesabına qarşılanacaq
Aleksandr Tişkov

Enerji sərfiyyatının 30 %-nin yenilənən mənbədən istifadə hesabına qarşılanması nəzərdə tutulur.

"Report" xəbər verir ki, bunu "BCG Baku"nun partnyoru Aleksandr Tişkov "Bakı İqlim Fəaliyyəti Həftəsi"nin (BCAW2025) 2-ci günündə bildirib.

Onun sözlərinə görə, bu real hədəfdir: "Ölkə əhalisinin yenilənən enerjidən istifadəsində irəliləyişlər var. İnsanların sayı artıqca daha çox istehlak olur. Layihələrin həcmi də artır. Bu, biznes üçün də bir imkandır. Almaniyada 40-45 %-lik yenilənən enerji payı var. Azərbaycanda isə bu göstərici 30 %-dir. Yenilənən enerji istehsalında məişət və kommersiya sahələri var. Almaniyada kommersiya istehsalı böyükdür. Bir sıra insanlar torpaq sahələrindən istifadə etmir. Həmin insanlar orda torpaq sahələrinin yenilənən enerji istehsalı üçün icarəyə verə bilər. Bu da əlavə mənbələrdir. İnsanlar məsələn, binaların tavanında günəş panelləri quraşdıra bilər. İqtisadiyyat, xüsusilə sənaye üçün bu məsələlərə uzunmüddətli perspektivdə baxmalıyıq".

Son xəbərlər

Bütün Xəbər Lenti