Bakıda elektrik doldurma məntəqələrinin elektrik təchizatı işlərinə çəkiləcək xərc açıqlanıb

Energetika
  • 14 oktyabr, 2024
  • 07:39
Bakıda elektrik doldurma məntəqələrinin elektrik təchizatı işlərinə çəkiləcək xərc açıqlanıb

Bakı şəhəri, H.Əliyev Mərkəzinin yaxınlığı, Olimpiya stadionunun dayanacağında və Ağ Şəhər ərazisində quraşdırılacaq elektrik doldurma məntəqələrinin elektrik təchizatı işlərinə 5 milyon 168 min 832 manat vəsait xərclənəcək.

"Report" bu barədə dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir.

Adıçəkilən işlərin icrası "Şans Construction" MMC-yə həvalə olunub. O, “Azərişıq” ASC-nin elan etdiyi tenderin qalibi olub.

Müqaviləyə əsasən, işlərin bir ay ərzindən noyabrın 14-ə kimi yekunlaşdırılması planlaşdırılır.

44 - Tezliklə