Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəqletmə 2 % artıb

Energetika
  • 14 oktyabr, 2025
  • 15:49
Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəqletmə 2 % artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın magistral qaz kəmərləri ilə 29 milyard 825 milyon kubmetr qaz nəql edilib.

"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2024-cü ilin ilk 9 ayı ilə müqayisədə 0,9 % çoxdur.

Hesabat dövrünə qazın nəqlinin 57,5 %-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Bu kəmərlə 17 milyard 135,6 milyon kubmetr qaz ötürülüb. Bu, illik müqayisədə 2 % çoxdur.

Cənubi Qafqaz boru kəməri ilə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağından hasil edilən qaz Azərbaycana, Gürcüstana və Türkiyəyə çatdırılır. Cənubi Qafqaz Boru Kəməri 2006-cı ilin sonlarında istismara verilib və "Şahdəniz" yatağının I mərhələsi çərçivəsində hasil edilən qaz nəql edilməyə başlanıb. 2018-ci ilin yayından isə "Şahdəniz" yatağının ikinci mərhələsi çərçivəsində hasil edilən qazın genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri ilə Türkiyəyə - TANAP kəmərinə təhvil verilməsinə başlanılıb.

Son xəbərlər

Bütün Xəbər Lenti