Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəqletmə 13 %-dək artıb

Energetika
  • 20 fevral, 2023
  • 11:03
Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəqletmə 13 %-dək artıb

Bu ilin yanvar ayı ərzində Azərbaycanın magistral qaz kəmərləri ilə 4 milyard 177,9 milyon kubmetr qaz nəql edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2021-ci ilin eyni ayın göstəricisinə nisbətən 13,7 % çoxdur.

Hesabat dövründə qaz nəqlinin 45,4 %-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib.

Bu kəmərlə 1 milyard 895,1 milyon kubmetr qaz ötürülüb. Bu, 2022-ci ilin yanvar ayı ilə müqayisədə 12,6 % çoxdur.

Qeyd edək ki, Cənubi Qafqaz boru kəməri ilə Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən qaz Azərbaycana, Gürcüstana və Türkiyəyə çatdırılır. Cənubi Qafqaz Boru Kəməri 2006-cı ilin sonlarında istismara verilib və "Şahdəniz" yatağının I mərhələsi çərçivəsində hasil edilən qaz nəql edilməyə başlanıb. 2018-ci ilin yayından isə "Şahdəniz" yatağının ikinci mərhələsi çərçivəsində hasil edilən qazın genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri ilə Türkiyəyə - TANAP kəmərinə təhvil verilməsinə başlanılıb.

44 - Tezliklə