Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəqletmə 11% artıb

Energetika
  • 15 aprel, 2022
  • 12:01
Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəqletmə 11% artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanın magistral qaz kəmərləri ilə 10 milyard 769,6 milyon kubmetr qaz nəql edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,8 % çoxdur.

Hesabat dövrünə qazın nəqlinin 46,7 %-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib.

Bu kəmərlə 5 milyard 26,1 milyon kubmetr qaz ötürülüb. Bu, 2021-ci ilin yanvar-mart allarının göstəriciləri ilə müqayisədə 10,7 % çoxdur.

Qeyd edək ki, Cənubi Qafqaz boru kəməri ilə Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən qaz Azərbaycana, Gürcüstana və Türkiyəyə çatdırılır. Cənubi Qafqaz Boru Kəməri 2006-cı ilin sonlarında istismara verilib və "Şahdəniz" yatağının I mərhələsi çərçivəsində hasil edilən qaz nəql edilməyə başlanıb. 2018-ci ilin yayından isə "Şahdəniz" yatağının ikinci mərhələsi çərçivəsində hasil edilən qazın genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri ilə Türkiyəyə - TANAP kəmərinə təhvil verilməsinə başlanılıb.

44 - Tezliklə