"Baker Hughes": Mövcud yataqların işlənməsi yeni sahələrdən 15 % ucuz başa gəlir

Energetika
  • 25 noyabr, 2025
  • 13:35
Baker Hughes: Mövcud yataqların işlənməsi yeni sahələrdən 15 % ucuz başa gəlir

Təhlillər göstərir ki, mövcud yataqların işlənməsi yeni sahələrdən orta hesabla 15 % daha ucuz başa gəlir.

"Report" xəbər verir ki, bunu "Baker Hughes" şirkətinin inteqrasiya üzrə rəhbəri Ouen O'Donnell Bakıda keçirilən "SPE Xəzər Texniki Konfransı"nda bildirib.

Onun sözlərinə görə, bu, həm layihələrin kapital yükünü azaltmağa, həm də səmərəli hasilatı qoruyub saxlamağa imkan verir: "Qlobal enerji sənayesində ənənəvi neft layihələrinin inkişaf xərcləri yeni açıqlanan sahələrdə daha yüksək olur, halbuki mövcud yataqlar üzrə əməliyyatlar iqtisadi cəhətdən daha səmərəlidir".

Yetkin yataqların ən böyük üstünlüyü istehsala başlama müddətinin çox qısa olmasıdır: "Yeni sahələrin tam inkişafı illərlə vaxt tələb etdiyi halda, mövcud quyular üzərində aparılan müdaxilə kampaniyaları bir neçə ay ərzində nəticə verir. Bu isə şirkətlərin investisiyalardan daha tez geri dönüş əldə etməsinə şərait yaradır".

O bildirib ki, quyu müdaxilələrinin müddətindəki irəliləyişi də diqqətə çatdırıb: "2007-ci ildə orta müdaxilə müddəti 15 gün olduğu halda, 2021-ci ildə bu rəqəm təxminən 8 günə enib. Yetkin yataqların səmərəli idarə edilməsi yalnız hasilatı artırmır, həm də enerji təhlükəsizliyi baxımından vacib rol oynayır. Sürətli hasilat dövriyyəsi və daha aşağı xərclər bu yataqları neft şirkətləri üçün strateji əhəmiyyətli edir".

Son xəbərlər

Bütün Xəbər Lenti