Babək Hüseynov: “SOCAR İraqdakı neft layihələrinə maraq göstərir”

Energetika
  • 04 iyun, 2024
  • 12:16
Babək Hüseynov: “SOCAR İraqdakı neft layihələrinə maraq göstərir”

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) İraqdakı neft layihələrinə maraq göstərir.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında SOCAR-ın vitse-prezidenti Babək Hüseynov bildirib.

“Neft yatağı layihələrində iştirak etmək üçün Qazaxıstan, Türkmənistan, İraqla işləyirik. Ancaq nəticələr barədə ictimaiyyət yalnız müqavilələr imzalanandan sonra xəbər tutacaq”, - o vurğulayıb.