Baba Rzayev: "Türkiyənin "yaşıl enerji" təcrübəsi Azərbaycan üçün xüsusi maraq kəsb edir"

Energetika
  • 11 sentyabr, 2026
  • 13:50
Baba Rzayev: Türkiyənin yaşıl enerji təcrübəsi Azərbaycan üçün xüsusi maraq kəsb edir

Bu gün Azərbaycanda günəş və külək enerjisi sahəsində irimiqyaslı layihələrin həyata keçirildiyini nəzərə alaraq, Türkiyənin bu sahədə malik olduğu praktiki təcrübə Azərbaycan üçün xüsusi maraq kəsb edir.

"Report" xəbər verir ki, bunu "AzərEnerji" ASC İdarə Heyətinin sədri Baba Rzayev Bakıda keçirilən Azərbaycan-Türkiyə V Enerji Forumunda bildirib.

Onun sözlərinə görə, Azərbaycan-Türkiyə birbaşa enerji bağlantısı ilə yanaşı "AzerEnerji"nin daha fəal iştirak etdiyi Azərbaycan-Gürcüstan-Türkiyə yaşıl enerji ötürülməsi layihəsi də mühüm əhəmiyyət daşıyır.

O qeyd edib ki, "AzerEnerji" bu strateji əhəmiyyətli layihələrin həyata keçirilməsinə bütün zəruri texniki və peşəkar dəstəyi göstərməyə hazırdır: "Əminəm ki, birgə səylərimiz, ölkələrimizin rəhbərliklərinin dəstəyi və sıx əməkdaşlıq nəticəsində bu gün həyata keçirilən texniki işləri və əldə olunmuş razılaşmaları konkret infrastruktur layihələrinə və Azərbaycan ilə qardaş Türkiyə arasında yeni enerji bağlantılarına çevirə biləcəyik".

44 - Tezliklə