"Azəristiliktəchizat" satdığı istiliyə görə yığımların həcmini açıqlayıb
Energetika
- 23 oktyabr, 2025
- 14:57
Bu ilin yanvar-sentyabr aylarında "Azəristiliktəchizat" ASC üzrə əhali və qeyri-əhali istehlakçılarına hesablanmış istilik haqqı 21,18 milyon manat təşkil edib.
Bu barədə "Report"a səhmdar cəmiyyətindən məlumat verilib.
Bu müddət ərzində hesablanmış istilik haqqının 89,1 %-i və ya 18,87 milyon manatının ödənişi təmin edilib.
Əhali istehlakçıları üzrə ödəniş göstəricisi 89,2 % icra olunub. Bu müddət ərzində büdcədən maliyyələşdirilən təşkilatlar tərəfindən 87,9 %, məcburi köçkünlərin ödəniş səviyyəsi 59,9 % olub. Təsərrüfat hesablı təşkilatlar üzrə isə yığım səviyyəsi 100,6 % təşkil edib.
Hesabat dövründə istehlakçılarla 45 047 fərdi müqavilə bağlanılıb.
Son xəbərlər
10:14
Neftçilər Günü: "Qara qızıl"ın Azərbaycan tarixindəki rolu
Energetika10:13
Mikayıl Cabbarov: Neft sənayesi Azərbaycanın iqtisadi inkişaf tarixində mühüm rol oynayıb
Energetika10:09
"Yuventus"un qapıçısı Kamil Qrabara diz zədəsi ilə üzləşib
Futbol09:53
Mikayıl Cabbarov: Şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edirik
Daxili siyasət09:30
Suverenliyin bərpası Qarabağ və Şərqi Zəngəzurda yeni quruculuq üçün hüquqi zəmin yaradıb - RƏY
Daxili siyasət09:14
PSJ prezidenti barəsində istintaq başlanılıb
Futbol09:05
Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
Futbol09:00
Ağ Evin yaxınlığında Trampla görüş tələb edən kişi saxlanılıb
Digər ölkələr08:44
Video