“Azərişıq” mobil əlavələrini təkmilləşdirir

Energetika
  • 15 dekabr, 2018
  • 10:34
“Azərişıq” mobil əlavələrini təkmilləşdirir

Bakı. 15 dekabr. REPORT.AZ/ "Azərişıq" ASC göstərilən xidmətlərin dəyərinin elektron qaydada ödənilməsinə görə, Azərbaycandakı kommunal qurumlar arasında liderdir.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Cəmiyyətin Mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

O həmçinin bildirib ki, təmsil etdiyi dövlət şirkəti bu sahədə xidmətlərini daha da təkmilləşdirir: “Hazırda “Azərişığ”ın “Android” və IOS platformalarında işləyən mobil əlavələrinin təkmilləşdirilməsi ilə bağlı işlər gedir. Tezliklə abunəçilər bu əlavələrdən daha rahat istifadə edə biləcəklər. Həmçinin yenilənmiş əlavələr daha funksional olacaq”.