“Azərişıq” külək elektrik stansiyalarında elektrik enerjisi istehsalını cüzi azaldıb
- 16 dekabr, 2022
- 09:28
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-noyabr aylrı ərzində “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 59,3 milyon kVt/saat elektrik enerjisi istehsal olunub.
“Report” bunu Energetika Nazirliyinin elektrik enerjisinə dair açıqladığı operativ məlumatlara əsasən bildirir.
Bu, ötən ilin yanvar-noyabr ayları iləı müqayisədə 1 milyon kVt/saat və ya 1,6 % azdır.
Hesabat dövründə ölkədə müstəqil elektrik stansiyaları üzrə isə 2 milyard 64,5 milyon kVt/saat təşkil edib ki, bu da ötən ilin 11 ayının göstəriciləri ilə müqayisədə 35,5 milyon kVt/saat və ya 1,7 % azdır.
Hesabat dövründə ötən ilin 11 ayına nisbətən elektrik enerjisinin istehsalı İstilik Elektrik Stansiyalarında (İES) 623,3 milyon kVt/saat və ya 2,7 % artaraq 24 milyard 404,9 milyon kVt/saat, Su Elektrik Stansiyalarında (SES) 339,4 milyon kVt/saat və ya 28,4 % artaraq 1 milyard 532,8 milyon kVt/saat təşkil edib.
Məlumata görə, digər mənbələr (külək elektrik stansiyalarında, günəş elektrik stansiyalarında və Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda (BMTYZ) üzrə isə 15,5 milyon kVt/saat və ya 5,05 % artaraq 322,6 milyon kVt/saat olub.
11 ay ərzində külək elektrik stansiyalarında 79,1 milyon kVt/saat (- 4,4 %), günəş elektrik stansiyalarında 59 milyon kVt/saat (+ 13,7 %), BMTYZ-də isə 184,5 milyon kVt/saat (+ 6,9 %) elektrik enerjisi istehsal edilib.
Bu ilin yanvar-noyabr ayları üzrə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 23 milyard 696,7 milyon kVt/saat (İES-lərdə 22 milyard 277,2 milyon kVt/saat, SES-lərdə 1 milyard 419,5 milyon kVt/saat) təşkil edib ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 4,45 % çoxdur.
Bu müddət ərzində Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidməti üzrə 439,8 milyon kVt/saat (İES-lərdə 285,8 milyon kVt/saat, SES-lərdə 99,4 milyon kVt/saat, GES-də 54,6 milyon kVt/saat) təşkil edib ki, bu da illik müqayisədə 5,2 % çoxdur.
Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 978,2 milyon kVt/saat, yəni 3,9 % artaraq 26 milyard 260,3 milyon kVt/saat olub.
Bu ilin noyabr ayında isə Azərbaycanda elektrik enerjisinin istehsalı 2 milyard 506 milyon kVt/saat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə istehsalın 96 milyon kVt/saat, yaxud 4 % artması deməkdir.