"Azərişıq" əmlakın əsas hissəsini təhvil alıb
- 10 aprel, 2015
- 06:50
Bakı. 10 aprel. REPORT.AZ/ "Azərişıq" ASC təhvil almalı olduğu əmlakın əksər hissəsini alıb". "Bunu "Report"a açıqlamasında "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.
T.Mustafayevin sözlərinə görə, onlar şirkətin əsasnaməsinin təsdiq edilməsini gözləyirlər.
"Cənab prezidentin sərəncamına uyğun olaraq, iki aylıq müddət bu gün, aprelin 10-da bitir. Biz təhvil götürməli olduğumuz əmlakın çox hissəsini almışıq. Kiçik bir hissə qalıb. Çox güman ki, onların da təhvil alınması bir neçə gün sürəcək".
Xatırladaq ki, Azərbaycan prezidenti ilham Əliyevin 9 fevral 2015-ci il tarixli sərəncamı ilə "Bakıelektrikşəbəkə" ASC-nin bazasında "Azərişıq" ASC yaradılıb və "Azərenerji" ASC-nın enerji satışı funksiyası yeni quruma həvalə edilib.